Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:26

«Açıq kitabxana» yoluna davam edir


«Açıq kitabxana»
«Açıq kitabxana»

Mədəniyyət və Turizm Nazirliyi ilə M.F.Axundzadə adına Milli Kitabxananın təşəbbüsü ilə yaradılan «Açıq kitabxana» layihəsi fəaliyyətini uğurla davam etdirir.

Nazirliyin yaydığı xəbərə görə, «Mən oxudum, sən də oxu» devizi ilə paytaxt sakinlərinin istifadəsinə verilən kitabxana oxucuların sərbəst mütaliəsinə şərait yaradır.

İstər yaşlı, istərsə də gənc nəslin nümayəndələri günboyu bu bilik ocağının qonağı olurlar.

Bu məkanda arzu etdiyi əsəri mütaliə edərək dincələnlər, əlindəki kitabları yenisi ilə dəyişərək şəxsi kitabxanasını yeniləyənlər var.

Bir sözlə, kitab oxumağı sevən hər kəs günlər ötdükcə «Açıq kitabxana»nın bir üzvünə çevrilir.

İyulun 15-dən fəaliyyətə başlayan «Açıq kitabxana»da növbəti günlərdə poeziya gecələri, mütaliə axşamları, yazıçı və şairlərlə görüşlər təşkil olunacaq.

Kiçik guşədə kitab satışı mərkəzinin də yaradılması nəzərdə tutulur. Müəlliflər yeni çap olunan kitablarını satış üçün açıq kitabxanaya təqdim edə biləcəklər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG