Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:35

ABŞ Suriyada qiyamçıların təlimini dayandırır


Suriya qiyamçıları İdlibdə

Suriya qiyamçıları İdlibdə

ABŞ bildirib ki, Suriyada yeni qiyamçı qüvvələrinin təlimini dayandıracaq və səylərini mövcud qüvvələrin silah və avadanlıqla təchizatına yönəldəcək.

ABŞ bildirib ki, Suriyada yeni qiyamçı qüvvələrinin təlimini dayandıracaq və səylərini mövcud qüvvələrin silah və avadanlıqla təchizatına yönəldəcək.

Ötən ay məlum olub ki, təlimləndirilmiş qiyamçılardan yalnız 4-5-i Suriyadadır

Mətbuat bildirir ki, ABŞ-ın təlimləndirdiyi qiyamçıların silah və texnikanı eksremistlərə ötürüdüyü bəlli olandan sonra, 500 milyonluq proqram ciddi tənqidlərlə üzləşmişdi.

Ötən ay məlum olub ki, təlimləndirilmiş qiyamçılardan yalnız 4-5-i Suriyadadır. Halbuki proqrama görə təkcə bu il 5400 döyüşçü təlim və silah almalı idi. 2016-cı il üçün bu işə 15 min döyüşçünün cəlb ediləcəyi planlaşdırılmışdı.

Ağ Evin rəsmilərindən biri bildirib ki, proqrama “pauza” verilib.

Dəstə yox, dəstə başçıları

ABŞ bildirib ki, bundan sonra ayrı-ayrı qiyamçı fərdlər yox, Vaşinqtonun əməkdaşlıq etmək istədiyi qrupların başçıları yoxlamadan keçiriləcək, lakin bu yoxlama daha ciddi aparılacaq.

Türkiyədə daha kiçik təlim mərkəzi yaradılacaq və buraya fərdi qiyamçılar yox, dəstə komandirləri dəvət olunacaq.

Bu təşəbbüs üzrə yaradılmış iki qrupdan biri iyul ayında əl-Qaedaya bağlı Nüsra Cəbhəsi tərəfindən əsir alınmışdı.

İkinci qrupun da öz silah və texnikalarını salamat çıxış müqabilində Nüsra Cənhəsinə ötürdüyü söylənir.

ABŞ Müdafiə Nazirliyindəki mənbəyə istinad edən “The New York Times” qəzeti yazıb ki, ABŞ bundan sonra İordaniya, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindəki düşərgələrdə Suriya qiyamçılarının təlimini aparmayacaq.

Əvəzində Türkiyədə daha kiçik təlim mərkəzi yaradılacaq və buraya fərdi qiyamçılar yox, dəstə komandirləri dəvət olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG