Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:56

►“Xədicə İsmayılova azadlığa buraxıldı, lakin həbsdə başqa jurnalistlər də var”

İyulun 15-də Amerika qanunvericiləri və hüquq-müdafiə qrupları avtoritar hökumətləri fərqli fikirliliyə qarşı dözümsüzlükdən imtina etməyə, vətəndaş və mətbuata təzyiqlərə son qoymağa çağırıblar.

Bu haqda Turan agentliyi xəbər verir.

“Heç bir ölkə söz azadlığı hüququnu pozmaqla davamlı sabitliyə nail ola bilməz”, - deyə konqresmen, konqresin insan hüquqları üzrə komissiyanın sədri Cim Makqovern bildirib.

O, ABŞ Konqresində təşkil olunan dinləmələrdə açılış çıxışı edib.

Konqresmen söz azadlığını pozan ölkələr sırasında Azərbaycanın da adını çəkib.

”Bu ölkə hakimiyyəti beynəlxalq təzyiqlər altında jurnalist Xədicə İsmayılovanı azadlığa buraxdı. Lakin eyi zamanda digər fəallar həbsə alınıb, həbsdə başqa jurnalistlər də var”, - o bildirib.

Hökumət senzurası

Dinləmələr zamanı əsas diqqət hökumət senzurasına yönəlib.

Beynəlxalq dini azadlıq komissiyasının sədri Tomas Riz deyib ki, hakimiyyət vicdan azadlığı ilə mübarizədə dini ekstremizmlə mübarizədən istfadə edir.

Ətraf mühitin mühafizəsi komissiyasının həmsədri Co Pitts isə bildirib ki, Freedom House təşkilatının məlumatına görə, dünyada mətbuat azadlığı son illər ən aşağı həddə enib.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

“Bu, KİV-i susdurmağa və ya onu öz maraqlarına tabe etdirməyə çalışan “siyasi, kriminal və terrorçu qüvvələr”in təzyiqilə baş verib”, həmsədr vurğulayıb.

Freedom House təşkilatından Vanessa Taker isə deyib ki, mütəşəkkil cinayətkarlıq və korrupsiya mövzusunda yazılar və jurnalist araşdırmaları jurnalistlərin həyat və sağlamlığı üçün əsas təhlükə mənbəyidir.

“Şahın qanun olduğu dövlət”

“Qanunun aliliyi olmayan ölkələrdə risk xüsusilə yüksəkdir. Korrupsiya haqqında yazılar jurnalistlərin döyülməsinə, həbsinə, ölümünə səbəb olur”, Taker qeyd edib.

PEN klubun nümayəndəsi Karen Karlekar öz çıxışında vurğulayıbki, “biz ABŞ hökumətində bütün səviyyələrdə siyasətçiləri açıq və fərdi qaydada ifadə azadlığı hüququnun müdafiəsinə, söz azadlığını məhdudlaşdıran qanunlarda islahatlara, ifadə azadlığına görə həbs edilən şəxslərin buraxılmasına səsləməyə çağırırıq”.

Tədbir iştirakçıları dünyada söz azadlığının effektiv müdafiəsi məsələsində ABŞ hakimiyyəti üçün tövsiyələr qəbul ediblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG