Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:11

Amerikanın seçki sistemi ideal deyil


ABŞ New Hampshire-də ilkin seçkilər, fevral, 2016

ABŞ New Hampshire-də ilkin seçkilər, fevral, 2016

Amerika öz demokratiyasını digər zəngin ölkələrdən fərqli şəkildə təşkil edir. Belə ki, hər bir ştat özünün seçki qanunlarını yazır. Ölkənin ümumi seçici siyahısı yoxdur. Hər bir seçiciyə verilən seçici vəsiqəsi də mövcud deyil. 17 ştatın yeni seçki qanunları var və bu qanunlar üzümüzə gələn prezident seçkilərində ilk dəfə sınaqdan keçiriləcək. Bir neçə ştatda bu qanunlar tənqid edilir və sorğulanır. Yeni seçki qanunlarına qarşı çıxanlar iddia edirlər ki, bu qanunlar qaradərili amerikalıların və latinoların səs verməsinə mane olmaq üçün hazırlanıb.

Yeni qanunlar əsasən Ali Məhkəmənin 2013-cü il qərarından sonra işlənib hazırlanmağa başlayıb. Bir çox Cənub ştatları, və bir neçə başqa ştatlar 20-ci əsr boyu azlıqların səs verməsinin qarşısını almaq üçün cürbəcür üsullar fikirləşib tapırdılar. Üç il bundan əvvəl Ali Məhkəmə qərara gəldi ki, "ölkə əsaslı şəkildə dəyişib" və hər ştat özü müstəqil şəkildə öz seçki qanununu yaza bilər.

Cənub ştatlarında tutduqları mövqedən istifadə edən respublikaçılar seçki qanunlarını özlərinə sərf edən şəkildə işləyib hazırladılar. Ölkənin ağ olmayan əhalisinin (onlar adətən demokratlara səs verirlər) maraqlı olduğu erkən seçkilər qadağan olundu. Tətbiq edilmiş digər bir yenilik seçki məntəqələrində məqbul sayılan seçici vəsiqələrinin növlərinin məhdudlaşdırılması oldu. Məsələn, Texasda tələbə vəsiqələri qəbul olunmur, ancaq odlu silaha malik olmaq lisenziyaları qəbul olunur.

Bu yeni seçki qanunlarının müəllifləri isə iddia edirlər ki, bu qanunların irqçilik, yaxud siyasi üstünlüyü saxlamaqla heç bir əlaqəsi yoxdur və bu tədbirlər seçki saxtakarlığının qarşısını almaq üçündür. Halbuki seçki saxtakarlığının dəlilləri çox azdır. Alabamada yeni seçici vəsiqəsi qanununun tətbiq edilməsindən əvvəlki 12 il ərzində cəmi bir belə hal qeydə alınıb.

Cənub ştatlarında ortaya qoyulan iddialardan biri də odur ki, yeni seçki qanunları bu ştatları ölkənin digər yerləri ilə eyniləşdirir.

Yeni qanunları müdafiə edənlərin ən dəhşətli arqumenti isə budur: seçki bülletenini doldurub atmaq həddindən çox asan olmamalıdır; seçkilərin qaydalarını anlayacaq qədər ağıllı olmayan insanlara hökuməti seçməyi etibar etmək olmaz.

Mühafizəkar düşüncə adamı William F. Buckley bir dəfə yazmışdı ki, o, Harvardın 2000 müəllimi tərəfindən idarə olunmaqdansa Bostonun telefon kitabçasındakı ilk 2000 adam tərəfindən idarə olunmağa üstünlük verərdi.

Yeni seçki qanunları o mövqedən çıxış edir ki, Ali Məhkəmə keçmişin indiki dövr üzərindəki təsiri amilini nəzərdən qaçırıb. Əgər siyasətçilər həqiqətən də seçki saxtakarlığından narahat olsaydılar seçkilərin keçirilməsini tərəfsiz qurulara həvalə edərdilər. Ancaq təəssüf ki, bu baş verməyəcək. Bütün güllələr sizdədirsə tərksilah olmağın nə mənası var?

Günün bütün mövzuları

XS
SM
MD
LG