Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:13

Trump-ın kampaniyası əcnəbi müsəlman mühacirdən səhvən ianə qəbul edib?


Respublikaçı prezidentliyə namizəd Donald Trump

Respublikaçı prezidentliyə namizəd Donald Trump

Publicintegrity.org yazır ki, respublikaçıların prezidentliyə namizədi müsəlman imiqrantların ABŞ-a gəlməsinə qadağa qoyulmasını təklif edir. O, əminliklə bildirir ki, Yaxın Şərqdə qaçqın düşənlərin çoxu özünü İslam Dövləti adlandıran terrorçu qrupun üzvləridir. Donald Trump deyir ki, qeyri-qanuni miqrasiyanın qarşısını almaq, narkotik ticarətçilərini ölkəyə buraxmamaq lazımdır. O təklif edir ki, ABŞ-Meksika sərhədlərində “böyük, gözəl” bir divar tikilsin.

Donald Trump əcnəbilərə ədavət bəslədiyini dilə gətirməkdən utanmır.

İctimai Vəhdət Mərkəzi müəyyənləşdirib ki, Trump-ın prezident kampaniyası bu ilin əvvəlində Kanadada yerləşən suriyalı qaçqından qeyri-qanuni ianə qəbul edib.

Buna da bax:​ Trump: 'Clinton-un mühafizəçilərinin silahları alınsın'

Əcnəbilərə siyasi kampaniyalara ianə vermək qadağandır və Trump-ın sözçüsü Hope Hicks deyir ki, kampaniya indi Torontodan olan Shahriyar Nasir-ə ödədiyi 225 dollarlıq ianəni geri qaytarmağa çalışır.

Trump təklif edir ki, ABŞ-Meksika sərhədlərində “böyük, gözəl” bir divar tikilsin.

Shahriyar Nasir kompüter proqramçısıdır. Tvitter hesabında o, özünü “məğrur müsəlman” kimi təqdim edir və Kanadada yerləşən suriyalı qaçqınlara kömək edir.

Shahriyar Nasir-in Trump kampaniyasına yardım etmək əhvalatı belə olub: o, dostuyla qərara gəlib ki, “xeyriyyəçilik əleyhinə” vəsait toplasınlar. Onlar bunun üçün Trump-ı seçiblər. Aprel ayında dostlar 300 Kanada dolları yığa biliblər, bu isə ABŞ valyutası ilə 225 dollar edib.

ABŞ-da əcnəbilərə siyasi kampaniyalara ianə vermək qadağandır.

Bundan sonra Nasir Trump kampaniyasına onlayn pul keçirib və belə deyək, onun donorlarından biri olub.

Ancaq onların niyyəti Trump-ın siyası kampaniyasına yardım etmək olmayıb, əksinə, onlar prezidentliyə namizədin xeyriyyə fonduna vəsait köçürmək istəyiblər, ancaq təsadüfən, vəsait Trump-ın seçki kampaniyasının hesabına köçürülüb.

Buna da bax:​ Trump, axır ki, Obama-nın amerikalı olduğuna inandı

Əcnəbilərə seçki ianəsi vermək niyə qadağandır?

Yalnız ABŞ vətəndaşlarına və vətəndaşlıq statusunda yaşayan imiqrantlara yerli siyasətçilərin seçki kampaniyasına maliyyə yardımı etmək icazəsi verilir.

Amerikalı hüquqşünas Ken Gross deyir ki, siyasi namizədlərin kampaniyalarında təhlükəsizlik üçün ABŞ-dan kənarda yaşayanların töhfələrinə aşırı diqqət yetirilir. Onun sözlərinə görə, kampaniya təşkilatçıları və ya daha böyük olan PAC-lar (məhdudiyyətsiz vəsait qəbul etmək hüququ olan və birbaşa namizədə bağlı olmayan seçki kampaniyası –red.) yalnız ABŞ vətəndaşları və “Green kard”ı (imiqrantlara ABŞ-da yaşamaq və işləmək hüququ verən sənəd –red.) olanlardan vəsait qəbul edə bilərlər.

Trump yetkililəri susur

Trump-ın kampaniyası: «ABŞ pasportu olmayan və ya pasport göstəricilərini təsdiqləməyən şəxslərdən ianə qəbul etmirlər».

Nə Trump-ın sözçüsü Hicks, nə də Federal Seçki Komissiyasının keçmiş rəhbəri Trump kampaniyasının hüquqşünası Don McGahn onlara ünvanlanan “xarici mənbələrdən ödənən vəsaitləri necə nəzərdən keçirilər” sualını cavablandırmayıblar.

Buna da bax:​ Trump Ağ evin yaxınlığında gecəsi 20 min dollara otel açdı

Ancaq sonradan Trump kampaniyasının xəzinədarı Timothy Jost-ın imzası ilə Federal Seçki Komissiyasına daxil olan məktubda deyilir ki, onlar yalnız qanunların yol verdiyi şəkildə ianə toplayırlar. Timothy Jost vurğulayır ki, ABŞ pasportu olmayan və ya pasport göstəricilərini təsdiqləməyən şəxslərdən ianə qəbul etmirlər.

Maliyyə məsələləri üzrə vəkillik qrupu: «Bu, ciddi qanun pozuntusudur və Federal Seçki Komissiyası bununla məşğul olmalıdır».

Maliyyə məsələləri üzrə vəkillik qrupu olan Qanuni Kampaniya Mərkəzinin icraçı direktoru Paul S. Ryan deyir ki, bu, ciddi qanun pozuntusudur və Federal Seçki Komissiyası bununla məşğul olmalıdır.

Federal Seçki Komissiyasının sözçüsü Judy Ingram-ın konkret vəziyyəti, yəni Trump kampaniyasında əcnəbi ianəsini şərh etməkdən imtina edib.

Buna da bax:​ Trump aparıcıya bunu etməyə icazə verdi- [Video]

Komissiya, adətən, seçki kampaniyasına əlavə məlumatlar verilməsi ilə bağlı məktub göndərir. Qurumun avqust ayında açıqladığı məlumarda, Trump kampaniyasına ianə etmiş üç əcnəbinin adı çəkilir, ancaq Nasir-in adı bu siyahıda yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG