Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:54

Amerika Birləşmiş Ştatlarının (ABŞ) səfirliyi Azərbaycanın müstəqilliyinin 25-ci ildönümü münasibətilə bəyanat yayıb.

Bəyanatda müstəqilliyin 25-ci ildönümü münasibətilə Azərbaycan xalqı təbrik edilir. Sənəddə qeyd edilir ki, ABŞ Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub:

«Ölkəmiz o vaxtdan bəri birgə qurduğumuz səmimi dostluğu yüksək dəyərləndirir. Azərbaycan müstəqilliyinin 25 ilində böyük nailiyyətlər əldə edib. Biz ifadə azadlığını, siyasi iştirakı, qanunun aliliyini təbliğ, iqtisadi inkişafı gücləndirmək, terrorizmlə mübarizə aparmaq və Azərbaycan vətəndaşlarının sabit gələcəyini təmin etmək tədbirlərinə dəstək məqsədilə birgə çalışmağa hazırıq».

Bəyanatda vurğulanır ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunmasında vasitəçilik roluna sadiq qalır: «Əsrin dörddə biri qədər mövcud olan müstəqilliyin bu əlamətdar ildönümü münasibətilə amerikalılar azərbaycanlılara ən xoş arzularını çatdırır».

Tarixi görüntülər - Müstəqillik Aktı belə qəbul edildi

Oktyabrın 18-i Azərbaycanda Dövlət Müstəqilliyi Günüdür. 25 il öncə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib.

Konstitusiya Aktında göstərilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG