Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:59

'Amerikada yaşayan müsəlmanları öldürməyi nəzərdə tutursunuz?'


ABŞ-da seçkilər
ABŞ-da seçkilər

Britaniyanın «The Guardian» qəzetinin Vaşinqtondakı siyasi müxbiri Sabrina Siddiqui ABŞ-dakı son prezident seçkilərini işıqlandırmağından yazır. Məqalədə deyilir:

««Biz onların hamısını qırmalıyıq». Bu sözlər seçicilərin dilindən tökülürdü. Onun özü isə sanki evini basmış həşəratlardan danışırdı. Əslində isə o, müsəlmanlardan danışırdı.

Qəfildən müsəlman kimliyimi düşündüm.

«BU SÖZLƏR MƏNİ QORXUTDU»

Müsəlman qadının ABŞ-da seçkini işıqlandırması

Kentukki ştatından senatorluğa namizəd Rand Paul-un çıxışını izləməyə gəlmiş bir seçici ilə söhbətə başladım. Paul milli təhlükəsizlikdən danışmağa başlayanda, seçici ABŞ-ı müsəlmanlardan təmizləmək lazım olduğunu dedi.

«Məhv etmək deyəndə, siz Amerikada yaşayan müsəlmanları öldürməyi nəzərdə tutursunuz?», –deyə söhbəti davam etdirdim.

«Bəli, onlar çıxıb getməsələr, onları öldürməyə başlayacağıq», - o dedi.

ABŞ-da keçirilən əvvəlki seçkiləri işıqlandırdığım zaman heç vaxt yollarda öz təhlükəsizliyimə görə narahat olmamışam. Kirayə götürdüyüm maşınla tanımadığım ştatda tək səyahət etdiyimi nəzərə alsaq, bu sözlər məni qorxutdu.

Yalnız indi, geriyə baxanda, anlayıram ki, 2016-cı ilin seçki kampaniyasında qəzəb və qorxu dominantlıq təşkil edib.

XƏBƏRDARLIQ

İki ilə yaxın seçkiləri işıqlandırmaq üçün çamadanlarla və otel otaqlarında yaşayan yüzlərlə reportyordan biri idim. Ancaq bu jurnalistlərin arasında çox az müsəlman vardı.

Miçıqanda məscid.
Miçıqanda məscid.

Hicab taxmıram və müsəlman olduğumu zahiri görkəmimlə büruzə vermirəm. Bəlkə də buna görə seçicilər çox zaman müsəlmanlar barədə düşündüklərini mənə deməkdən çəkinmirdilər», – müəllif yazır.

Cənubi Karolinada bir kişi seçici zorakılığı dəstəklədiyini və konsentrasiya düşərgələrinin yaradılması arzusunu dilə gətirib. Bir yaşlı qadınsa müəllifi xəbərdar edib ki, İŞİD («İslam Dövləti» silahlı qruplaşması) özünə gəlinlər axtarır, onu oğurlaya bilərlər, buna görə də o, ehtiyatlı olmalıdır. «Redaktorlarına de, sənə cangüdənlər versinlər», – həmin qadın söyləyib.

Sabrina Siddiqui yazır ki, seçki kampaniyası ərzində peşəkarlığını qoruyaraq reportajlarında öz fikirlərini səsləndirməyib. O müşahidə edib ki, Amerikanın əksər xəbər redaksiyalarında ən yaxşı halda bir-iki müsəlman çalışır. Əksəriyyətində isə heç bu da yoxdur.

FƏRQLİ YANAŞMALAR

Jurnalist daha sonra Nyu-Hempşir praymerizi zamanı respublikaçı namizəd Marco Rubio-nun prezident Obama-nın bir məscidi ziyarət etməsini tənqid atəşinə tutmasını xatırlayır. O bununla bağlı Rubio-ya sual ünvanlamaq istəsə də, müsəlman kimliyi onu tərəddüdə məcbur edib.

Müəllif yazır ki, hər gün Trump tərəfdarları onun Twitter-dəki paylaşımlarını sui-qəsdçilərin hücumlarını göstərən fotolarla doldururmuş.

«Hiss etdim ki, icmam mənə güvənir», – deyə Siddiqui yazır.

Onun sözlərinə görə, bir suriyalı cütlük Virciniyada Rubio-nun yürüşü zamanı ona yaxınlaşaraq işini davam etdirməyə həvəsləndirib. Ayovada Hillary Clinton-un yürüşündə rastlaşdığı banqladeşli mühacirlərsə televiziyada siyasətdən danışan müsəlman sima gördüklərinə görə sevindiklərini deyiblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG