Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:56

Müsəlmanlar işdən dinlərinə görə qovulduqlarını iddia edirlər


Illüstrasiya
Illüstrasiya

-

ABŞ-ın Viskonsin ştatında 15 müsəlman işçini dini səbəblərdən işdən qovmaqda ittiham olunan şirkətə qarşı vətəndaş hüquqlarını pozmaq ittihamı ilə federal səviyyədə şikayət təqdim edilib.

Bu, ABŞ-ın Bərabər İş İmkanları Kommissiyasının (EEOC) qərarını gözləyən dörd işdən biridir. Qurum son 10 ildə 68 belə işə baxıb.

2006-cı ildən bəri EEOC müsəlmanların McDonald's, Merrill Lynch, Rite-Aid Pharmacy, UPS və Wal-Mart kimi iri şirkətlərə qarşı dini ayrı-seçkiliklə bağlı iddialarına baxıb.

Sorğu nəticəsində məlum olub ki, Amerikada iş yerlərində dini zəmində diskriminasiya artmaqdadlr. Tanenbaum Dinlərarası Anlaşma Mərkəzinin apardığı araşdırma nəticəsində məlum olub ki, 2004-2014-cü illər arasında dini ayrı-seçkiliklə bağlı şikayətlər 87 % artıb.

EEOC-a son şikayət ərizəsi Vaşinqtonda yerləşən hüquq müdafiə təşkilatı olan Amerika - İslam Münasibətləri Şurası tərəfindən təqdim olunub. Viskonsində yerləşən "Ariens Company" istehsalat şirkətinin müsəlmanlara namaz fasiləsinə çıxmaq icazəsi verməyi dayandırmasından sonra narazılıq yaranıb və Somalidən olan 15 müsəlman işçi işdən çıxarılıb.

Bu isə 1964-cü ildə qəbul edilmiş Vətəndaş Hüquqları Akrının VII bəndinin pozulması deməkdir. Bu müddəaya görə işəgötürənlər işçiləri din, cins, dəri rəngi və milli mənsubiyyətə görə ayrı-seçkiliyə məruz qoya bilməzlər.

Şikayətdə deyilir ki, "Ariens" şirkəti əvvəllər müsəlman işçilərə qısa namaz fasilələrinə çıxmağa icazə versə də, yanvar ayından etibarən yalnız iki 10 dəqiqəlik fasiləyə icazə verməyə başlayıb.

"Ariens" şirkəti verdiyi açıqlamada bildirib ki, hazırda şirkətdə 27 müsəlman işçi çalışır və şirkət "onlara namaz otaqları təqdim etməkdə davam edir". "Biz onların inancına və gördükləri işə hörmətlə yanaşırıq," açıqlamada deyilir.

Qeyd edək ki, Pew Tədqiqat Mərkəzinin məlumatına görə, ABŞ-ın müsəlman əhalisinin sayı 2007-ci ildən bəri "davamlı olaraq artıb". 2015-ci ildə ABŞ-da 3,3 milyon müsəlman yaşayıb ki, bu da ölkənin ümumi əhalisinin 1%-i deməkdir. Pew mərkəzinin proqnozuna görə 2050-ci ilə qədər ölkənin müsəlman əhalisinin sayı 8,1 milyona, başqa sözlə ümumi əhalinin 2,1%-nə çatacaq.

Buna da bax: Amerika məscidləri Ramazana belə hazırlaşır

Amerika məscidləri Ramazana belə hazırlaşır
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

XS
SM
MD
LG