Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:40

-

Kişinyevdə Moldova hakimiyyətinin binası qarşısında Amerika və Moldova hərbi texnikasının sərgisi açılıb.

İnterfaks xəbər verir ki, Böyük Milli Yığıncaq meydanında açılan sərgidə Moldova və ABŞ bayraqları dalğalanır. Amerika və Moldova hərbçiləri qonaqları səhra mətbəxində hazırlanan yeməyə qonaq edirlər.

Müxalifyönlü Moldova Sosialistlər partiyası bildirib ki, 9 may Qələbə günü Amerika hərbi texnikasının sərgiyə çıxarılması düzgün deyil. Partiya fəalları 9 mayda ABŞ hərbi texnikasının yolunu kəsməyi planlaşdırmışdılar.

Mayın 3-d Moldovaya 200-ə yaxın amerikalı hərbçi 50-dən çox texnika gətirib. Onlar Moldova ordusuna təlim-məşq keçəcəklər. Təlim-məşqlər mayın 20-nə kimi davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG