Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:05

11 Sentyabrdan sonra xərçəng, digər xəstəliklər artıb


Dünyanı dəyişən 11 Sentyabr görüntüləri
Gözlə

No media source currently available

0:00 0:04:05 0:00
Direct-ə keçid

Dünyanı dəyişən 11 Sentyabr görüntüləri

«Placido Perez gözlərini yumanda da Dünya Ticarət Mərkəzinin qüllələrini görür. O, həftə sonları ağ-qırmızı rəngli «Cessna» ilə Hudzon çayı üzərində uçar, qüllələrin fonunda selfi çəkdirərdi. «İndi də həmin fotolara baxıram. Yaxşı vaxtları yada salıram». Perez 2001-ci ilin 11 Sentyabr hücumları zamanı da fotolar çəkdirib. O vaxt rəqəmsal kamerasıyla ərazidəymiş, axı yaxınlıqdakı telekommunikasiya şirkətində çalışırdı. Birdən binaya çırpılan mühərrik səsi eşidib. Sonra qüllələrdən tullanan adamları görüb. Adamlar tullanır, ətrafa dağıntılar tökülürmüş».

ELƏ ƏRAZİDƏ DƏ YATIRMIŞ

«Newsweek» dərgisinə ABŞ-da 11 Sentyabr terrorunun dəhşətlərini yada salan Perez həm də həkim imiş. Adamların binalardan qaçmasına kömək edib. Ertəsi gün əraziyə qayıdıb və könüllü olaraq minlərlə polisə, yanğınsöndürənə qoşulub, xilasetmə işlərinə qatılıb. 12-14 saat işləyib yorulanda, elə ərazidə də yatırmış.

Amma indi, 11 Sentyabr terrorunun 15-ci ildönümündə o, dəhşətli bir həqiqəti qəbul etməyə çalışır. Həmin o xilasetmə işləri onu xəstəyə çevirib və ölə də bilər.

«2005-2009-cu illərdə 6-7 dəfə reanimasiyaya düşmüşəm, infarkt ola, ölə bilərdim», - 59 yaşlı Perez danışır. Deyir, nəbzi dəqiqədə 157 dəfə vururmuş. Daha sonra respirator problemləri, gecələr nəfəs çatışmazlığı yaranıb. Onda ağciyər xəstəliyinin, post-travmatik stress, zökəm, astma, qaraciyərin şişməsi aşkarlanıb. Qaraciyər xəstəliyi o qədər irəliləyib ki, köməyinə ancaq transplantasiya gələ bilər. Əlindən ancaq gözləmək gəlir. Həkimlər bu xəstəliyin xərçəngə çevriləcəyindən qorxurlar.

70 NÖV XƏRÇƏNG

«Newsweek» yazır ki, 11 Sentyabr terrorundan sonra minlərlə adamda ağır xəstəliklər peyda olub. Hökumət həmin hücumlardan sonra Dünya Ticarət Mərkəzi Səhiyyə Proqramı yaratmışdı. Proqramda çalışan həkimlər 70 növ xərçəngi bu hücumlara bağlayırlar. Çoxu da müalicəsi çətin xərçəngdir.

«Bu hücumlardan sonra ağciyər xəstəlikləri, xərçəngin müxtəlif formaları yaranıb», -Nyu York şəhərində Yanğın Departamentinin həmdirektoru Dr.David Prezant deyir.

2001-ci il 11 Sentyabr terrorunda 2 min 996 nəfər həlak olub. 411 xilasedici də dünyasını dəyişib. Ümumilikdə isə, həmin hadisə zamanı və sonra ölən xilasedicilərin və bərpa işçilərinin sayı 1064 nəfərə çatıb. Bu ilin iyuluna aid bu rəqəmi «Newsweek» ABŞ Xəstəliklərə Nəzarət və Əngəllənməsi Mərkəzindən (CDC) əldə edib.

400 MİN XƏSTƏ

Amma qəzet qeyd edir ki, xəstəlikdən əziyyət çəkənlərin sayı qat-qat çoxdur. 11 Sentyabrdan sonra xərçəngə, ruhi xəstəliklərə düçar olanların sayı 400 min nəfərdir. Bu rəqəm Manhetten və Bruklində, yəni hadisə baş verən məkandan təxminən 2 kilometr məsafədə yaşayıb çalışanları da əhatələyir. Burada hələ də sağlamlığına riskin mövcudluğundan xəbərsizlər var. Dünya Ticarət Mərkəzi Səhiyyə Reyestrinin direktoru Mark Farfel 71 min xilasedicinin, eləcə də hücumlardan salamat çıxanların səhhətini izləyir. «Hələ çoxları bu gün özlərindəki simptomları 11 Sentyabrla bağlamırlar», - o deyir.

Nyu-York Polis Departamentinin əməkdaşı Richard Dixon bu fikirlə razıdır: «Bu gün öskürəndə heç vaxt düşünmürsən ki, sabah xərçəngə çevriləcək». O, terrorun törədildiyi, «Ground Zero» deyilən ərazidə iki ay xilasetmə işləri görüb. Sonradan onda yuxuda nəfəs çatışmazlığı və digər simptomlar peyda olub ki, bunlar da xərçəng göstəricisinə çevrilə bilər.

XS
SM
MD
LG