Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:19

'Qanun'da axtarış bitdi, polislər bomba əvəzinə... [yenilənib]


'Qanun'da axtarış bitdi, polislər bomba əvəzinə... [Video]
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

'Qanun'da axtarış bitdi, polislər bomba əvəzinə... [VİDEO]

“Qanun” nəşriyyatında keçirilən baxış saat 17:00-a yaxın başa çatıb. Nəşriyyatın direktoru Şahbaz Xuduoğlu jurnalistlərə bildirib ki, “bomba axtarmağa” gələn polis əməkdaşları təhqiqat aparmaq adı ilə bəzi çap məhsullarını, qəlibləri götürüblər. Ancaq axtarışın hansı səbəbdən aparıldığı açıqlanmayıb Ş. Xuduoğlunun deməsinə görə, polis bunu səbəbini onlara izah etməyib. O, bununla əlaqədar məhkəməyə müraciət olunacağını da qeyd edib.

[xəbər yenilənib, yeni məlumatlar materialın əvvəlində]

“Qanun” nəşriyyatında axtarış davam edir. Hadisə yerində olan jurnalistlərin verdiyi məlumata görə, axtarışda polislə yanaşı prokurorluğun əməkdaşları da iştirak edir. Bu dəqiqələrdə nəşriyyatın direktoru Şahbaz Xuduoğlunun otağının yoxlandığı bildirilir.

***

Bu dəqiqələrdə polisin "Qanun" nəşriyyatında yoxlamaya başladığı bildirilir.

Polisin jurnalistləri içəri buraxmadığı deyilir. Hadisə yerində olan jurnalistlərin verdiyi məlumata görə, içəri yalnız nəşriyyatın direktoru Şahbaz Xuduoğlu və bir neçə əməkdaş buraxıb.

***

Əvvəlcə bildirilmişdi ki, “Qanun” nəşriyyatın direktoru Şahbaz Xuduoğlu ofislərinə daxil ola bilmir. Bu barədə O, Facebook səhifəsində bir video paylaşıb. Həmin video görüntüdə polis işçisi Şahbaz Xuduoğluna nəşriyyata daxil olmağa icazə verilmədiyini söyləyir. Şahbaz Xuduoğlu isə polisdən bu qadağadan ötrü sənəd istəyir. Polis işçisi isə Ş. Xuduoğlunu kənarda gözləməyə dəvət edir.

İyunun 11-də polis "Qanun" nəşriyyatının binasına daxil olmağa çalışıb. Buna səbəb kimi ofisə bomba qoyulması haqda "102" xidmətinə məlumat daxil olduğunu göstərib. Nəşriyyatın direktoru Ş. Xuduoğlu həmin vaxt kənarda olduğundan polislər içəri daxil ola bilməyiblər. Dünəndən nəşriyyatın qarşısında polis post qurulub.

Şahbaz Xuduoğlu Azadlıq Radiosuna bildirmişdi ki, binanın mühasirəyə alınması və sonra anonim zəng adı ilə ona müraciət edilməsi şübhəlidir:

“Çünki mən özüm də 102 xidmətinə zəng vurdum, mənə dedilər ki, bizə “Qanun” nəşriyyatı haqda belə bir anonim zəng gəlməyib. Bu hadisələr göstərir ki, o polislər ya ünvanı səhv salıblar, bəlkə də “Qanun” nəşriyyatına gəlməməliydilər, ya da hansısa məxfi bir məlumat var. O məlumat bomba deyil, başqa şey haqqındadır. Hər-halda biz ancaq kitab istehsal edirik, başqa bir işimiz yoxdur. İstənilən halda burda qərəzli bir niyyət görünür.

Yaxın dəqiqələrdə nəşriyyatda baxış keçiriləcəyi gözlənilir.

XS
SM
MD
LG