Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:15

Ukrayna AB-nin Trump-a dirənməsini istəyir


Petro Poroshenko və Avropa Parlamentinin prezidenti Martin Schulz.

Petro Poroshenko və Avropa Parlamentinin prezidenti Martin Schulz.

Dünən – noyabrın 21-də Ukrayna «Ləyaqət və Azadlıq günü»nü, «Maydan» hərəkatının 3-cü ildönümünü qeyd edib. Kiyevdə təntənəli mərasimdə prezident Petro Poroshenko xalqı Rusiyanın təcavüzünə qarşı birləşməyə çağırıb, Ukraynanın bir də heç vaxt Moskvanın tabeçiliyinə dönməyəcəyini söyləyib.

Amma Rusiya liderinə rəğbətini gizlətməyən, həm də Ukraynadakı keçmiş rejimlə bağları olan Donald Trump-ın ABŞ-ın prezidenti seçilməsi ukraynalıları xeyli əndişələndirir. «The Financial Times» qəzeti yazır ki, Ukrayna prezidenti bu həftə Brüsselə səfərində diqqəti bu məsələyə yönəltməyə, AB-dən Ukraynaya həm də Birləşmiş Ştatlarla bağlı yardım qoparmağa çalışacaq: «Ukrayna istəyir ki, AB liderləri D.Trump-ı ABŞ-ın Rusiyaya sanksiyalarını saxlamağa çağırsınlar».

RAZILIQ ƏLDƏ OLUNUB, AMMA...

Əslində, keçən həftə ABŞ prezidenti B.Obama-nın Avropa liderləriylə görüşündə Rusiyaya sanksiyaların genişləndirilməsi barədə razılıq əldə olunub. «The Financial Times» yazır ki, bununla Qərb P.Poroshenko administrasiyasına arxa durduğunu göstərib, amma Ukraynayla bağlı mövqeyi bəlli olmayan D.Trump-ın hakimiyyətə gəlişi sanksiyalar məsələsini də sual altında qoyub.

V.Putin və D.Trump. Kollaj.

V.Putin və D.Trump. Kollaj.

Poroshenko-nun Brüssel səfərinin gündəliyindəki məsələlər Ukraynaya 600 milyon avroluq yardım və Avropayla viza rejiminin ləğvidir. Amma P.Poroshenko Avropanın hər şeydən öncə Vaşinqtonun mövqeyini dəyişməsinə qarşı çıxmasına çalışır. Ukraynanın qurumdakı təmsilçisi Mykola Tochytskyi «The Financial Times»a müsahibəsində Kiyevin avropalılara əsas ismarışının bu olacağını deyib: «Rusiyaya sanksiyalar Moskvanın Krımı ilhaqına və Rusiyanın Donbasdakı əməliyyatlarına görədir. Heç nə dəyişməyib, qanunsuz ilhaq prosesi qalmaqdadır».

UKRAYNALILARIN SÜMÜKLƏRİ TİTRƏYİR

AB-nin Ukraynaya dəstəyinə kölgə salan – ölkədə korrupsiyanın baş alıb getməsiylə bağlı ittihamlardır. Ukraynanın siyasətçi və məmurları öz əmlakları barədə onlayn anketləri doldurandan sonra onların var-dövlətinin yüz milyonlarla dolları aşması sakinləri şoka salsa da, Avropa rəsmiləri bu açıqlamaları müsbət addım sayır. AB ukraynalıların Avropaya vizasız gediş-gəlişinə yaşıl işıq yandırmağa şərti olsa da, razılıq verib. Amma viza rejiminin şərtləriylə bağlı tam razılaşma hələ imzalanmayıb. Səfir M.Tochytskyi Brüsselin Kiyevin qarşısına qoyduğu 140 şərtə artıq əməl edildiyini, indi də Brüsseldən çevik addım gözlədiklərini deyir.

Avropa rəsmilərindən biri isə «The Financial Times»a müsahibəsində bildirib ki,D.Trump-ın xarici siyasətinin müzakirə edildiyi vaxtda AB-nin Kiyevə dəstəyini göstərən əlavə addımlara xüsusi ehtiyac var: «Bizdən çox, indi ukraynalıların sümükləri titrəyir, hamı ABŞ siyasətinin hansı səmtə yönələcəyindən narahatdır və yaxşı ismarışlar göndərmək indi, özəlliklə, vacibdir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG