Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:58

«Mandat dünən verilib. Hələlik nəsə demək çətindir. Əsas odur mandat verilib. Çalışacağıq ki, danışıqlar tez bir zamanda olsun». Bunu Azərbaycan Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev AB-nin Azərbaycanla yeni danışıqlara başlamasından ötrü verilən yeni mandatla bağlı deyib.

Azərbaycan bir müddət öncə AB ilə yeni əməkdaşlıq üçün layihə təqdim etmişdi. Noyabrın 14-də bu istiqamətdə danışıqlara başlamaqdan ötrü Avropa Birliyi Şurası Avropa Komissiyasına və Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsinə mandat verib.

APA-nın məlumatına görə, M.Məmmədquliyev deyib ki, yeni danışıqlara dair görüşlərin keçirilməsi barədə, hələlik, dəqiq məlumat yoxdur: «Mandat dünən verilib. Hələlik, nəsə demək çətindir. Əsas odur, mandat verilib. Çalışacağıq ki, danışıqlar tez bir zamanda olsun».

«KEYFİYYƏT ÖNƏMLİDİR»

Nazir müavini danışıqların nə qədər çəkəcəyinin yox, keyfiyyətin vacib olduğunu bildirib. O, həmçinin Azərbaycanın təklif etdiyi sənədlə bağlı AB tərəfində ciddi əks münasibətin olmadığını düşünür: «Mən belə başa düşürəm ki, mandat təsdiqlənibsə, deməli, sənədə ciddi əks münasibət olmayıb. Razılıq olmasaydı, mandat verilməyəcəkdi. Deməli, onlar bu sənədi qəbul edir. Təbii ki, AB-nin də öz təklifləri olacaq. Bizim tərəfdən də danışıqlar zamanı yeni təkliflər ola bilər».

Azərbaycan 2004-cü ildən AB-nin «Şərq Tərəfdaşlığı» Proqramının iştirakçısıdır. Azərbaycandan əlavə, bu proqrama post-sovet ölkələrindən Belarus, Ukrayna, Gürcüstan, Moldova və Ermənistan daxildir. Ukrayna, Moldova və Gürcüstan 2014-cü ildə Avropa Birliyinə Assosiativ üzvlük haqqında sazişi imzaladı. Azərbaycan tərəf isə sazişdən imtina etdi. AB ilə ikitərəfli əlaqələrə üstünlük verdiyini bildirdi və strateji əməkdaşlıqla bağlı yeni sənəd hazırlanmasını təklif etdi. Hazırda söhbət həmin sənəd barədə danışıqların başlamasından gedir.

Ekspertlər isə rəsmi Bakının Assosiativ üzvlük haqqında sazişi imzalamamasını Avratlantik məkana inteqrasiyadan imtina kimi dəyərləndirmişdilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG