Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:41

Ermənistanda Ohanyan-Oskanyan-Ovannisian bloku yaranır


Seyran Ohanyan və Vardan Oskanian
Seyran Ohanyan və Vardan Oskanian

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan siyasi blok yaradılması ilə bağlı müzakirələrin yekunlaşmaq üzrə olduğunu bildirir.

O qeyd edib ki, cəmiyyət dəyişiklik gözləyir və onların bu tələbini məsuliyyətli insanlar yerinə yetirməlidir.

Bu barədə AzadlıqRadiosunun Ermənistan xidməti məlumat yayıb.

Ohanyan özünün Feysbuk səhifəsində yazır: “Müxtəlif partiyalar, ictimai təşkilatlar, tanınmış xadimlər və inteligensiyanın nümayəndələri ilə siyasi müzakirələri davam etdirir, ölkənin yaranmış vəziyyətdən çıxarılması ilə bağlı ictimaiyyətə real proqram və yol xəritəsi təqdim edəcək eynifikirli insanlardan ibarət komanda, sıx ittifaq yaradıram”, deyə keçmiş müdafiə naziri yazır.

Seyran Ohanyan
Seyran Ohanyan

Amma Ohanyan, məhz hansı partiya və xadimlərlə danışıqlar aparıldığına aydınlıq gətirməyib.

Xatırladaq ki, keçmiş müdafiə naziri ötən ilin sonlarında aktiv siyasi fəaliyyətə başlamaq və qarşıdan gələn parlament seçkisində mübarizə aparmaq istədiyini bildirmişdi.

Bu rəsmi şəkildə təsdiqlənməsə də yerli KİV-lər Sergei Ohanyan-Vardan Oskanyan-Raffi Hovhannisyan blokunun mümkünlüyündən yazırlar.

Ohanyan yanvarın 17-də “Birlik” partiyasının sədri, keçmiş xarici işlər naziri Vardan Oskanyanla görüşüb.

Vartan Oskanian
Vartan Oskanian

“Birlik” partiyasının məlumatına görə, görüşdə daxili və xarici siyasət məsələləri, həmçinin qarşıdan gələn parlament seçkisi müzakirə olunub.

Amma partiya siyasi danışıqlar barədə məlumat verməkdən imtina edib. Partiya sədri Oskanyanın həftənin sonunda açıqlama verəcəyi gözlənilir.

Müxalifətdə olan “İrs” partiyasının lideri Raffi Hovhannisyan isə bu günlərdə belə bir bəyanatla çıxış edib: ”Seyran Ohanyanın çox vacib dövlətçilik təcrübəsi var.O, gələcək lider ola bilər, amma heç kim məhkəmə istintaqından azad deyil və bu hamımıza aiddir” deyə Ovannisian bildirib.

Raffi Hovannisian
Raffi Hovannisian

O sonda qeyd edib ki, “İrs” partiyası parlament seçkisinə tək və ya blok şəklində ketmək və yaxut hansısa başqa bir yol tutmaq barədə qərar qəbul etməlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG