Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:25

Novruz və mədəniyyət


Bakıda Novruz şənlikləri, 21 mart 2006
Bakıda Novruz şənlikləri, 21 mart 2006
Yaz bayramına – Novruza həsr etdiyimiz bu «İz»də:

– Novruzda doğulmuş bir sənətçiylə tanışacaq;


– Novruzu qürbətdə – Şimali Kiprdə qarşılayan tanınmış bəstəçi Cavanşir Quliyevdən soraq tutacaq;


– Şair Şəhriyarın səsiylə dünyaya sevgi-sayqı salamları göndərəcək;


– Bayram süfrəsinə göz atacaq;


– və «Mentalitet dolması»na qonaq olacaqsınız


NOVRUZ VƏ MƏDƏNİYYƏT


Çal-çağırla yanaşı, bələdçimiz də var. Bu «İz»ə Almaniyada yaşayan məşhur rəssam İbrahim Əhrari bələdçilik edir


Aparıcı: – Tutaq ki, Novruz bayramı olmayaydı. Buna cəhdlər də olub axı. Mədəniyyətimiz nə itirərdi?


İbrahim Əhrari: – Gördünüz ki, islamçılar da qadağan etmək istədilər, edə bilmədilər. Novruz bayramı bizim mədəniyyətimizdir, bizim tariximizdir. Bu, ata-babadan qalıb və bunu heç vaxt heç bir qanun, heç bir qüvvə aradan qaldıra bilməz. İranda 80 ildir qoymurlar azərbaycanlıların ana dilində məktəbi olsun. Amma görürsünüz, mən azərbaycanlıyam, xaricdə ana dilində yaşayıram, ana dilində söhbət edirəm. Bir dənə də məktəbə getməmişəm ana dilində. Bu, mənim mədəniyyətimdir, bunu anam mənə süd verə-verə verib... Odur ki, biz ata-babadan qalan bayramları tutacağıq, heç kim də bizim qabağımızı ala bilməz...


ƏTRAFLI AUDİO HİSSƏDƏ


XS
SM
MD
LG