Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:57

►Parisdəki terror aktlarının təşkilində əsas şübhəli bilinən Abdelhamid Abaaoudun öldürüldüyü bildirilir.

Bu barədə noyabrın 19-da Fransa prokurorluğu məlumat yayıb.

Prokurorluğun məlumatına görə, o noyabrın 18-də polisin Parisdəkeçirdiyi reyd zamanı baş verən atışmada öldürülüb.

Fransa parlamentinin aşağı palatası isə noyabrın 19-da ölkədə föfqəladə vəziyyət rejinin 3 ay uzadılnasına səs verib.

Fövqəladə vəziyyət rejimi noyabrın 20-senatın təsdiqindən sonra qüvvəyə minəcək.

Buna da bax: Rusiyada Wikipedia yenidən bağlana bilər

Həmçinin Belçika polisi noyabrın 18-də Parisdə keçirilən reyd zamanı özünü partladan intiharçı ilə bağlı noyabrın 19-da Brüsseldə 6 reyd keçirib.

Fransanın baş naziri Manuel Valls bundan əvvəl xəbərdarlıq edib ki, ölkədə kimyəvi və ya bioloji hücum törədilə bilər.

O noyabrın 19-da ölkə parlamentində çıxış edərkən bildirib ki, heçnəyi istisna eləməməliyik.

Noyabrın 13-də Parisdə törədilən terror aktlarında 129 nəfər ölüb,350-dən çox adam yaralanıb.

Bu hücuma görə cavabdehliyi İslam Dövləti qrupu üzərinə götürüb.

Belçikanın baş naziri Charles Michel parlamentdə çıxış edərkən ölkədə təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini və radikal islamçılarla mübarizəyə əlavə 400 milyon avro ayrılacağını vəd edib.

Belçika Parisdəki terror aktları ilə bağlı istintaqın diqqət mərkəzindədir.

HƏMÇİNİN BAX:

İŞİD-çi qadınlar AzadlıqRadiosuna danışır

XS
SM
MD
LG