Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:07

Türkiyəli zəvvarlar ziyarət üçün İnternetlə müraciət edə bilər

Bu gündən etibarən Türkiyədən Həcc ziyarətinə getmək istəyənlərin qeydiyyatı aparılmağa başlayıb.

Müqəddəs yerləri görmək istəyənlər üçün ilk dəfə olaraq onlayn qeydiyyat sistemi tətbiq olunur. Belə ki, Məkkəyə getməyi planlaşdıranlar Türkiyə Dini İşlər Nazirliyinin saytında onlayn qeydiyyatdan keçə bilərlər. Türkiyəli zəvvarlar üçün müraciət müddəti mayın 6-da bitir.

İnternet vasitəsilə qeydiyyatdan keçənlər üçün saytda iki bölmə yaradılıb: ilk dəfə Həccə getmək istəyənlər bir bölmədə, təkrar ziyarəti arzulayanlar digər bölmədə qeydə alınacaqlar. İnternet vasitəsilə qrup halında – dostlar, qohumlarla birlikdə Məkkəyə getmək istəyənlər üçün sayta xüsusi ərizə forması da yerləşdirilib.

Müsəlmanlar üçün Həcc ziyarəti vacib əməllərdən biri sayılır. Hər il ziyarət vaxtı Məkkə və Mədinəni 3 milyondan çox müsəlman ziyarət edib, kütləvi dini ayinlərə qatılır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG