Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:14

«Azadlığın məhdudlaşdırılması» cəzası cinayət sistemindən çıxarılır


Azərbaycanın cinayət cəzaları sistemindən «azadlığın məhdudlaşdırılması» cəzası çıxarılır.

Bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin aprelin 26-da keçirilən iclasında müzakirə olunub.

Komitənin iclasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsinə baxılıb. Bildirilib ki, «azadlığın məhdudlaşdırılması» cəza növü olaraq bu gün özünü doğrultmur. Bu cəza növü ilə məhkum olunan insanlar üzərində nəzarəti təmin etmək mümkün deyil.

Ümumilikdə Cinayət Məcəlləsinə 59 dəyişiklik təklif olunub, 3 maddə yeni redaksiyada verilib, 3 maddədə sanksiyalar dəyişdirilib. Ümumilikdə dəyişikliklər 101 maddəni əhatə edir.

Dəyişikliklərə əsasən, azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrumetmə, islah işləri və ya cərimə cəzaları ilə əvəz olunacaq.

Qanun layihələri parlamentin iclasına tövsiyyə olunub. /APA/
XS
SM
MD
LG