Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:36

Türkiyə və Ermənistan arasında barışıq rəmsi sökülür


Türkiyə və Ermənistan arasında barışıq rəmzi olan nəhəng abidə sökülür.

Aprelin 26-da televiziya ilə yayımlanan görüntülərdə Qars şəhərində yerləşən 24.5 metrlik iki insan heykəlindən birinin başının kəsilərək, yerə endirildiyi nümayiş olunub.

Abidə Türkiyədə islami dəyərlərə görə, ərazidəki müqəddəs yerə kölgə saldığından tənqid olunurdu. Yanvar ayında Qarsda səfərdə olan Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan da abidəni «uçubə», «qəribə» adlandırmışdı.

Rəssamların abidənin götürlməsinin əleyhinə apardığı kampaniya müvəffəqiyyətsizliklə nəticələnib.

Anadolu agentliyinin məlumatına görə, «İnsanlıq abidəsi» 18 hissəyə bölünərək, bələdiyyənin müəyyənləşdirdiyi yerdə mühafizə ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG