Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:13

Fransa ilə İtaliya mübahisəli məsələləri müzakirə edəcək


Fransa prezidenti Nicolas Sarkozy aprelin 26-da Romaya gedir. Onun İtaliya baş naziri Silvio Berlusconi ilə Avropa Birliyi (AB) sərhədlərinə nəzarətin gücləndirilməsi məsələsinin müzakirə edəcəyi bildirilir.

İki ölkə arasında münasibətlər Şimali Afrikadan gələn immiqrant axınına görə gərginləşib.

İtaliya AB-dən olan həmkarlarını ittiham edir ki, onlar qaçqınların məsələsinin həllinə maraq göstərmirlər. Fransa isə hesab edir ki, Roma qanunsuz immiqrantların sərhədi keçməsinə imkan verməklə məsuliyyətdən qaçmağa çalışır.
XS
SM
MD
LG