Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:26

Nazir qeyri-formal əməyə qarşı şura yaratmaq istəyir


İnsanlar işsiz qalmaqdansa, hər hansı müqavilə bağlamadan işləməyə məcbur olurlar

İnsanlar işsiz qalmaqdansa, hər hansı müqavilə bağlamadan işləməyə məcbur olurlar

«Hazırda ölkədə ən böyük problemlərdən biri qeyri-formal məşğulluqdur».

Bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov deyib.

«İnsanlar işsiz qalmaqdansa, hər hansı müqavilə bağlamadan işləməyə məcbur olurlar. Bu, daha çox özəl sektorda baş verir. İşçilərimiz məcburən əmək müqaviləsi olmayan işlə məşğul olaraq, kifayət qədər zərbə altında qalırlar. Bu məsələni yalnız hökumət həll edə bilməz. Ona görə də qısa müddətdə Əməyin Mühafizəsi və Sağlamlıq üzrə Şura yaradılmalıdır ki, daha sonra biz birgə fəaliyyət planımızı müzakirə edək».

F.Ələkbərov deyib ki, bu şura sosial tərəfdaşlar, aparıcı işəgötürən və müvafiq təşkilatlardan ibarət olmalıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG