Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:28
«Yeni Müsavat» qəzetinin 16 aprel sayında «ANTİKORRUPSİYA ŞOUSU BİTDİ» başlıqlı məqalə çıxıb. Qəzet yazır ki, antikorrupsiya tədbirlərinə start veriləndən sonra notariat kontorlarında, xəstəxanalarda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbələrində, Dövlət Əmlak Komitəsində rüşvət yığma kampaniyası səngidi.

Qəzet iddia edir ki, artıq rüşvət yenidən bərpa olunub. Bununla əlaqədar «Yeni Müsavat» ayrı-ayrı dövlət müəssisələrindən xəbərlər yazıb.

«Bizim yol» qəzeti isə yazır ki, «QIŞ BULVARININ YERİNDƏ GÖYDƏLƏNLƏR TİKİLƏCƏK». Məqalədə deyilir ki, ərazidə heç də bağ salınmayacaq, binalar tikiləcək.

«Bizim yol» qəzeində «TAXILÇILIQ DÖVLƏT PROQRAMI İLƏ MƏHV EDİLİB» başlıqlı məqalə də çıxıb. Ekspert Vahid Məhərrəmov qəzetə bildirib ki, ölkə indi idxaldan tam asılı vəziyyətə düşüb. «Keçən il cəmi 700 min ton taxıl yığılıb» deyən mütəxəssisin fikrincə, son 10-15 ildə ölkənin qidalıq buğdaya olan ehtiyacı idxaldan tam asılı vəziyyətə düşüb. Son 10 ildə isə istehsal kəskin azalmağa doğru gedir.

«Azadlıq» qəzeti keçmiş Baş prokuror Əli Ömərovla «KORRUPSİYAYA QARŞI MÜBARİZƏNİ HƏLƏ GÖRMÜRƏM» başlıqlı müsahibə dərc edib.

Keçmiş prokuror deyib ki, hansısa sıravi işçi korrupsiyanın subyekti ola bilməz. Korrupsiyanın subyektləri ictimai-siyasi xadimlər, yüksək vəzifəli məmurlardır:

«Sıravi işçi, məsələn, tibb bacısı, adi həkim o zaman korrupsiyanın subyekti ola bilər ki, Səhiyyə Nazirliyi dərman preparatlarının dəyərindən dəfələrlə baha satılması, yaxud müalicə-müayinə üçün hamıdan pul alınması barədə göstəriş verir, yığılan pullar da bir mərkəzdə cəmlənir. Bu halda da məsuliyyətə cəlb olunma yuxarıdan başlamalıdır».

Keçmiş Baş prokuror deyib ki, məsuliyyətə cəlb olunan yoxdursa, mübarizə aparılmır.

«Yeni Azərbaycan» qəzeti
isə yazır ki, «ANTİKORRUPSİYA TƏDBİRLƏRİ BÜTÜN SAHƏLƏRİ ƏHATƏ EDİR».

Məqalədə bildirilir ki, fəaliyyətində ciddi nöqsanlara yol verən bir sıra bələdiyyə, polis, təhsil, səhiyyə işçilərinin cəzalandırılması korrupsiyaya qarşı mübarizənin hərtərəfli xarakter daşıdığını göstərir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG