Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:15

Avropa dövlətləri Suriyaya qarşı qətnamə hazırlayır


Böyük Britaniya, Almaniya və Fransa hökumət əleyhinə nümayişlərin iştirakçılarına qarşı Suriya rəhbərliyinin repressiyasını pisləyən BMT qətnaməsi üzərində işləyir.

ABŞ hökuməti Suriyaya qarşı yeni sanksiyalara baxıldığını bildirib.

Aprelin 25-də Suriyanın cənubundakı Deraa şəhərində təhlükəsizlik qüvvələri ilə toqquşmada 40-a yaxın adam ölüb və 70-dən çox adam yaralanıb. Hüquq müdafiəçilərinin qiymətləndirməsinə görə, Suriyada bir neçə həftədir davam edən iğtişaşlarda 400-ə yaxın adam ölüb.

Suriya rəhbərliyi bildirib ki, Seraa və bir neçə digər şəhərdə «islamçı terrorçu qruplaşmalar» fəaliyyət göstərir.
XS
SM
MD
LG