Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:37

Çernobıl faciəsindən 25 il keçir


Aprelin 26-da Çernobıl atom elektrik stansiyasında baş verən partlayışdan 25 il ötür. Faciənin ildönümü ilə əlaqədar Ukraynada tədbirlər keçirilir. Kiyevdə hadisəsinin 25-ci ildönümü münasibəti ilə 25 dəfə kilsə zəngi çalınıb.

Rusiya Pravoslav kilsəsinin rəhbəri, Moskva və bütün Rusiya patriarxı Kirill faciədə ölənlərin anım mərasimində çıxış edib və dünyanın dinc şəraitdə belə bir faciə ilə üzləşmədiyini qeyd edib.

1986-cı ilin bu günü Ukraynanın Çernobıl atom elektrik stansiyasının dördüncü enerji blokunda partlayış olub. Radioaktiv bulud Avropanın xeyli ərazisinə yayılıb, yüz minlərlə insanı evlərini tərk etməyə məcbur edib.
XS
SM
MD
LG