Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:50
YAZ GƏLMƏDİ SANKİ

Yaz gəlmədi sanki .
Bir qurtum ayrılıq ilişdi qaldı boğazımda ,
Ayrılıq da bir körpüdü .
Sevgidən boşluğa ...
Səfilliyə ...
Heçkimliyə...
Səkilərində gözyaşı ətri ,
Ayrılıq da bir körpüdü .
Sonu içində qocalan
Minillik tənhalıq palıdlarını kəsib doğrayan
İti xəyanət...
Könlümdən bu sonsuz , məcazi
Üfüqlərə söykənib ,
Gözlərimin vəhşi , üsyankar baxışlarını
Göyüzünə buraxmaq keçir.
Qoy didib-dağıtsınlar
Bu mavi həqiqət pərdələrini
Nəyə lazımdı axı , bunlar ?!
Olmayan həqiqətin nəyini gizlədəsən ?!
Dilimdə özüm yazdığım ,
Özüm bəstələdiyim
Bir mahnı səslənir :
"... Qürur sevginin "apendesiti"di .
Kəsib atmasan sevgiyə əziyyət verər ..."
Yaz gəlmədi sanki .
Bir gecə qələmsiz qaldım ,
Sol əlim bərk üşüdü.
Sənsizlik nəfəsimi ,
və başımın üstünü kəsdirib .
Sənsizliyin portretini çəkib ,
Asmışam yatağımın baş ucundan .
Yatağımda pərişanam ...
Sənsizlik.saat.divar...
Divar.saat.sənsizlik...
Saat.sənsizlik.divar...

***

Birgün dözməyəcəm , əmin ol.
Ruhum xəyanət çirkabına bulaşacaq .
Bədənim iyrənəcək ruhumdan ,
Ruhumu evdə buraxıb sənə qaçacaq .
Çiskinli bir axşamüstü
Qapını döyəcək , könülsüz .
Çayını içəcək ,gülüşsüz , dinməz-söyləməz.
Sənə baxacaq , yanğısız ...
Sevgisiz...
Ehtirassız...
Ruhsuz...
Vidasız çıxıb gedəcək.
Mən milyon il sən oldum ,
Sən də birgün mən ol , gəl.
Ağla...
Otur , şeir yaz...
Həm gəldi , həm də
Yaz , gəlmədi sanki...


DÖNGƏ

Burda yollar qovuşur ,
Burda yoldakılar ayrılır .
Nə qədər xəyal ,
Qırılmış , işəyarmaz arzu ,
Qalaq-qalaq gözyaşı ,
Həyat prinsipləri ,
Hədəflər ,
Nişangahlar ,
Karyeralar ,
Özünə son sığınacaq bildi buranı .
Gör...
Gör nə qədər sevgi
Gəldi...gəldi xəyanətə döndü bu döngədə .
Baxışlarımın mənsəbi bu qaranlıq ,
Ya da işığın olmadığı yer
Xəyanət qoxuyur , əfəndim.
Xəyanət birini qəbrə qoyar ,
Birini qəbirdən qaldırar.
Xəyanət olmazsa , kimsə unudulmaz
... və kimsə də sevilməz bu dünyada .
Ahəngsiz musiqi ,
Piano dərsləri ,
Qarşıdakı binanın bir-iki pəncərəsinin işıqları yanır .
Dilənçi qadınlar ,
Sərxoş xoşbəxtlər ,
Sərxoşların yığılmış ayaqlarına
Sürtünən yalaq pişiklər .
Bəzən mənə elə gəlir ki ,
Burda zaman donur...
Ağlar gözlərlə pişiyə baxan
Sərxoşun gözlərindən pərvazlanıb ,
Ayaqlarına düşüb donan mərhəmət kimi ...
...və bu mərhəmətdən xali bir dilənçi qadın
Zarıya-zarıya uşaq doğur .
Mənsə , onun gözyaşlarına baxıb dadsız-dadsız gülürəm.
Gözümün önünə Məryəm ananın
İsanı dünyaya gətirməsi gəlir.
Günahdan xali...
Lap içib yıxılasım gəlir bu döngəyə ,
Qısılasım gəlir bu tənhalığa .
Bakının işıldayan , bər-bəzəkli parıltıları
Batır , boğulur gözlərimdə .
Mən bir də heçvaxt gözlərimi qırpmyacam...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG