Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:34
Aprelin 25-də Azərbaycanın müdafiə naziri Səfər Əbiyev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Matew Bryza ilə görüşüb. Rəsmi məlumata görə görüşdə iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib, eyni zamanda təxirə salınmış «Regional cavab - 2011» birgə hərbi təliminin keçiriləcəyi vaxt barədə də danışılıb.

Rəsmi məlumatda təlimlərin yeni tarixi haqqında bir söz deyilmir. ABŞ rəsmiləri mayın 15-25-ə nəzərdə tutulmuş bu təlimlərin Azərbaycanın istəyi ilə təxirə salındığını bildirir.

Bugünkü görüşdə enerji infrastrukturunun təhlükəsizliyi haqda da fikir mübadiləsi aparılıb.

Görüşdə ABŞ-ın Azərbaycandakı hərbi attaşesi də iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG