Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:13

Elmar Məmmədyarov ABŞ-ın dövlət katibinin müavinini qəbul edib


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Tina Kaydanaunu qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin AzadlıqRadiosuna verdiyi məlumata görə, xanım T. Kaydanau ABŞ-ın Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini, ölkəsinin Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.

O bildirib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həll olunmasını istəyir və bu istiqamətdə öz töhfəsini verməyə hazırdır. Tina Kaydanau əlavə edib ki, ölkəsinin münaqişənin nizamlanmasında müsbət irəliləyişin əldə olunmasına tərəfdardırlar.

Öz növbəsində, E.Məmmədyarov Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar prosesi çərçivəsində aprelin 22-də Moskvada Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirildiyini qeyd edib. Nazir mövcud “status-kvo”nun saxlanılmasını yolverilməz kimi qiymətləndirib.

Görüşdə, həmçinin, birgə maraq kəsb edən digər müxtəlif ikitərəfli, regional və qlobal mövzular ətrafında da fikir mübadiləsi aparılıb.
XS
SM
MD
LG