Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:23

ABŞ konqresmenləri Azərbaycana gəlir


ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Azərbaycan üzrə işçi qrupun həmsədri Bill Şusterin başçılıq etdiyi nümayəndə heyəti bu həftə Azərbaycana gələcək.

Bildirilir ki, səfər zamanı konqresmenlər Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcəklər. Görüşlərdə ABŞ-Azərbaycan ikitərəfli əlaqələri müzakirə olunacaq.

Nümayəndə heyətinin Azərbaycana səfərinin aprelin 28 və ya 29-da gerçəkləşməsi gözlənilir. Hazırda nümayəndə heyətinin tərkibi dəqiqləşdirilir. /APA/

Bill Şusterin həmçinin Əfqanıstana səfəri nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG