Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:49

Elmar Məmmədyarov: «Biz Misiri görürük...»


Elmar Məmmədyarov
Elmar Məmmədyarov
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Rusiyanın «Moskovskiye Novosti» qəzetinə müsahibə verib.

E. Məmmədyarov deyib ki, Qarabağ münaqişəsini «dondurulmuş konflikt» saymır, çünki tez-tez atəşkəs pozulur.

«Rusiyanın aktivləşməsinin Qarabağ danışıqlarına təsirini görə bilirsizmi» sualının cavabında E. Məmmədyarov deyib ki, onlar rusiyalı həmkarı Sergey Lavrov ilə tez-tez müzakirə aparırlar:

«Mənim Lavrovla görüşlərim çox məhsuldar olur. Xüsusilə indi, Lavrov münaqişənin tənzimlənməsi ilə şəxsən məşğul olandan sonra. O, hər iki tərəfin mövqeyini detallarına qədər bilir və çalışır ki, təmas nöqtəsini tapsın, proses dayanmasın, irəliləsin».

E. Məmmədyarovun fikrincə, prezidentlərin Soçidəki son görüşü ümidləri artırıb:

«Azərbaycan və Ermənistan arasındakı mövcud münasibət heç kəsi razı salmır. İstəyərdik ki, bu yara biz gözlədiyimizdən tez sağalsın. Axı prinsiplər hələ sülh razılaşması deyil. Burda səylərimizi nəinki ikiqat, hətta üçqat artırmaq lazımdır. Qarabağ münaqişəsinin həlli çox mürəkkəbdir, çoxlu faktorlara bağlıdır. Hətta sülh razılaşması hazırlasaq belə, bu, hələ son deyil, tunelin sonunda gələn işıqdır».

E. Məmmədyarov Yaxın Şərqdə, Şimali Afrikada baş verən proseslərin Azərbaycana mümkün təsiri barədə sualı da cavablandırıb:

«Biz Misiri görürük. Başa düşürük ki, prezidentin kənarlaşdırılması və hakimiyyətin orduya keçməsi həmişə başqa cür izah edilirdi, nəinki demokratiyanın təntənəsi kimi. Başqa tərəfdən, əlbəttə, kütləvi çıxışlar varsa, bunu çox diqqətlə analiz etmək lazımdır...».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG