Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:30

Misratanın bombalaması nəticəsində azı 30 nəfər ölüb


Liviyada Gaddafi qüvvələrinin Misrata şəhərini bombalaması nəticəsində azı 30 nəfər ölüb, 60 nəfər yaralanıb. Bu haqda Al-Arabiya telekanalı məlumat verib. Ölənlər arasında 10 yaşlı oğlan da var.

Tripolidə isə NATO qüvvələrinin endirdiyi hava zərbələri nəticəsində Gaddafinin iqamətgahının yerləşdiyi ərazidəki bir neçə bina xəsarət görüb. Əməliyyat nəticəsində 45 nəfərin yaralandığı bildirilir.

Yerli hökumət qüvvələri bildirir ki, məqsəd Gaddafini öldürməkmiş.
XS
SM
MD
LG