Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:24

Yəməndə yeni toqquşmalar olub


Yəmənin Taiz şəhərində təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında baş verən toqquşmalar zamanı azı 10 nümayişçi xəsarət alıb.

On minlərlə nümayişçi prezident Ali Abdulla Salehin istefası tələbi ilə küçələrə çıxıb.

Prezidentin tərəfdarları və əleyhdarları paytaxt Sanaada da nümayişlər keçiriblər.

Şənbə günü Yəmən prezidenti hakimiyyətin dinc yolla ötürülməsi ilə bağlı Fars Körfəzi Ölkələri Şurasının təklif etdiyi planı qəbul edib. Bu planda prezidentin 30 gün ərzində hakimiyyəti vitse-prezidentə verməsi və ölkədə müxalifətlə birlikdə milli birlik hökuməti yaradılması nəzərdə tutulur.

7 müxalifət partiyasının birləşdiyi koalisiya da bu planı qəbul edib. Ancaq bildiriblər ki, bu o demək deyil ki, aksiyalar təcili dayandırılmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG