Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:40

WikiLeaks: Guantanamoda saxlananların çoxu terrorçu deyilmiş


Amerikanın Guantanamo hərbi bazasındakı həbsxanada uzun illər günahsız şəxslərin saxlandığı məlum olub.

WikiLeaks-in yaydığı ABŞ Müdafiə Nazirliyinə məxsus məxfi məlumatlardan bu qənaətə gəlmək mümkündür. Həmin materialları bir çox qəzetlər, o cümlədən The Guardian yayıb.

Sənədlərdə Guantanamoda məhbus həyatı yaşamış 779 adamın hər biri haqqında məlumat var. Onlardan yalnız 220 nəfəri təhlükəli terrorçu hesab olunub.

380 nəfər Əfqanıstan və Pakistandan olan adi döyüşçülərdir. Onlardan 150 nəfəri bu ölkələrin vətəndaşları olsa da terror fəaliyyəti ilə heç bir əlaqəsi olmayıb.

Guantanamoda 2002-ci ildən terrorçuluqda ittiham oluna xarici vətəndaşlar saxlanılır. Hazırda bu həbsxanada 172 adam məhbus var.

Günün bütün mövzuları

XS
SM
MD
LG