Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:43
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Tina Kaydanau Bakıdadır.

Kaydanau aprelin 25-də prezident və xarici işlər naziri ilə ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin inkişafı, Dağlıq Qarabağ münaqişəsi və s. məsələləri müzakirə edəcək. Onun vətəndaş cəmiyyətinin təmsilçiləri ilə də görüşü nəzərdə tutulur.

Bu barədə AzadlıqRadiosuna Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov məlumat verib.

Müsavat başqanı İsa Qəmbər AzadlıqRadiosuna bildirib ki, Kaydanau ilə görüş üçün ona müraciət olunmayıb.

Tina Kaydanau Azərbaycana sonuncu dəfə 2010-cu il sentyabrın 8-də, parlament seçkilərindən əvvəl gəlib. Həmin səfər vaxtı xanım Kaydanau müxalifət liderlərindən İsa Qəmbər və Əli Kərimli ilə də görüşmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG