Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:40

Sədaqət Əliqızı. Adı ilə öyünən kişi


O ADDIMLAYIR

O adımlayır boş küçələri
tələsmədə.
İllər öncə keçmişdi
Tələsəcəyi yeri görmədən
Nəyi vardı itirmişdi
elə birdən.
İtirmək istədiyi şeyi
Itirə bilmirdi istəsə də.
Çünki dükanların ən cazibəli,
Vitrinlərində düzürdülər onu həmişə.
O bir şüşənin içi qədər
cənnət bağışlayırdı ona.
Sonra cəhənnəm alardı ağuşuna.
Təzədən əli şüşəyə yetənə qədər.


ADI İLƏ ÖYÜNƏN KİŞİ

Xor gördün qadını,
Zəkasını işini.
Qorxu üstündə qurdun hakimiyyətini,
özünə güvənməyən kişi.
İllərlə əydin sındıra
bilmədin,
Görəndə səndən güclüdür,
çıldırdın.
Hər zaman itirməkdən qorxdun,
Özün itərsən deyə
Dəymədin sevgisinə,
Aadına qdın desəndə.
Çəkdirdin ona çilə ,
Sevinci qramla verdin,
Kədəri batman ilə.
Öldürmədin əllərinlə,
“ Öldürdün sevginlə.”
Adı il öyünən kişi.


GÜNƏŞ SÖNÜK

Günəş sönük ,
Kölgə çöküb bu şəhərinüzərinə.
Ətraf dolu insanlarla.
Axın-axın gedir hara?
Yeriyirəm adamların arasıyla
Özgə kimi.
Gözlərimdə solğun ümüd.
Sinəmdəki ürək halsız.
Mən gördükcə adamları simasız.
Anlayıram, azalırıq dmla-damla.
Kiçilirik qarış-qarış
Torpaq təki.
Özümüzü axtarıram bizə oxşar,
Adamlardan qaça-qaça, mən baxdıqca
Nəzərlərim külək kimi
Yarıb keçir insanları
Axtarıram simaları,
Ot içində düşüb itmiş iynə kimi.


SALAMAT QAL VƏTƏNİM

Salamat qal,
Vətənim
Mən gedirəm.
Köksündə bir ağrın azalsın deyə.
Gözlərimə qəm yığmışam,
qalaq – qalaq sənə sevinc,
qalsın deyə.
Göylərinə duman –duman
Ahım çöküb bilirəm.
Daşlarına qan çiləmiş
Ayağımın izləri.
Sinən üstə bir daş artar
Bu gündən.
Mən gedirəm ürəyimdə qara
günün rəngi.
İllərlə qazandığım,
Özüm ilə apardığım,əllərimdə qabardı.
Nə çəkdimsə çəkdim burda.
Canım Vətən, məndən sarı fikir çəkmə,
Bundan sonra mənim yolum hamardı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG