Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:30

Şairlərə inanmıram...


Yeganə Cansail


Ötən gün nəsə şəhəri piyada gəzmək istədim.

Müşahidə aclığından doğan ehtiyacı neçə gündü daxilən hiss edirdim.

Payız havasına bənzər, tutqun əsl mən istədiyim hava idi. Azan səsi gəlirdi. Dinlə o qədər aram olmasa da azanın səsini çox sevirəm.

Elə bil bu səsdə içimi titrədən nəsə bilmədiyim anlar var. Onun avazında dizlərimi qucaqlayıb saatlarca ağlaya bilərəm.

Bu səsdə nəsə sehr var... nəsə Tanrıya yol var...

Bakı həm də təzadlar şəhəridir... burda bahalı geyim mağazalarının vitrinləri qarşısında həmişə bir qolu sınıq, bir gözü kor, yaxud ayağı şikəst, yanmış dilənçilərə rast gəlmək olar...

Üzərinə brend paltarlar geyindirilmiş, bəzədilmiş qaməti dik manekenlərin fonunda bu görüntünü izləməyi təsəvvür edə bilirsən?

Bizi aldadıblar... burda nə qədər aldadılmış, tərk edilmiş qadın var... Ana var... Bu şəhərdə nə çox qadın ağrıyır... elə bax indi oturduğum parkda məndən bir neçə addım o tərəfdə bir qadın və kişi oturub.

Bayaqdan qadının kişiyə göstərdiyi qayğını, nəvazişləri izləyirəm... həmin qadın onun əllərindən tutduqca kişi elə bil ondan qaçmağa çalışır... hər dəfə bir bəhanə ilə əllərini onun ovcundan çıxarıb ya siqaret yandırır, ya telefonla məşğul olur...

Bilirsən, o qadın da bədbəxtdir... Əlləri sevdiyi, arxalandığı kişinin ovcunda üşüyür... bu şəhərdə gözümün qarşısında bir qadın üşüyür... başa düşürsən? bir kişi yanlış məkanda, yanlış sevgilinin yanındadır indi...

O kişinin ağrılarını anlayırsan?.. bu şəhərdə nə çox bomj cildində dərviş, xoşbəxt cildində bədbəxt var... bu şəhər Leylisini itirən Məcnuna bənzəyir...

Ən çox etdiyin yanlışlar ağrıdar səni...

Məsələn, şairlər hər gecə ağrıyırlar, içlərində şeir var... adamlar ağrıyır, içlərində yanlışlarının cəmi olan dərd var... ağrıyıram günahım var... Kim deyir ki insanlar xoşbəxtdir?

Dünyaya tək gəlib tək gedən adamlar necə xoşbəxt ola bilər axı?..

Barmaqlarında parıldayan brilyant qaşlı üzüklər, ciblərində mürgüləyən bahalı maşın açarları xoşbəxtlik qıfılının deyil.

Bütün insanlar bilmədikləri qədər yalnızdırlar.

Hər kəsin içində yalnızlıq ağrısı var. Sükut sözləri boğur... Daha şairlərə inanmıram...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG