Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:04
Atçılığın konkur nözü üzrə Bakıda keçirilən 4 günlük beynəlxalq turnir aprelin 24-də başa çatıb.

AzərTAc-ın məlumatına görə, Heydər Əliyevin xatirəsinə həsr olunan yarışda 7 ölkədən (Azərbaycan, Rusiya, Bolqarıstan, Gürcüstan, Polşa, Moldova və Belarus) olan 12 idmançının mübarizə apardığı final yarışında ilk beş yeri Azərbaycan çaparları tutub.

Beynəlxalq turnirdə birinci yerə “Bill Klinton” ləqəbli atla Camal Rəhimov çıxıb.

Patrik Mak Enti “Konkord 57” ləqəbli atla ikinci, Gennadi Qaşibayazov “Latzero” ləqəbli atla üçüncü, yenə də Camal Rəhimov “Platin E” ləqəbli atla dördüncü, həmçinin Patrik Mak Enti “David” ləqəbli atla beşinci yerləri tutublar.

Mükafatları prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Beynəlxalq Atçılıq Federasiyasının prezidenti Ülyahəzrətləri Haya Bint Əl Hüseyn təqdim edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG