Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:31

Sudanda baş vermiş toqquşmada azı 55 adam ölüb


Sudanda Cənubi Sudan ordusuyla silahlı üsyançılar arasında baş vermiş toqquşmada azı

55 nəfər ölüb, onlarla adamsa yaralanıb.

Ölənlərin hamısı üsyançılardır.

Döyüş təxminən 3 saat çəkib.

Həmçinin Cənubi Sudan ordusunun 34 əsgəri və 40-dan çox dinc sakinin yaralandığı xəbər verilir.

Fevralda keçirilmiş referendumun nəticəsinə əsasən əhalisinin çoxu xristian olan Cənubi Sudan bu ilin iyulundan müstəqil dövlət olacaq.

Amma silahlı toqquşmalar hələ də davam edir.
XS
SM
MD
LG