Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:14
İctimai Palatanın üzvü Yaşar Əsədov 2 aprel mitinqi ilə bağlı aprelin 25-də Bakı Şəhər Baş Polis idarəsinə (BŞBPİ) çağırılıb.

Bu barədə AzadlıqRadiosuna Yaşar Əsədov özü məlumat verib.

«Özünü Nail Əliyev kimi təqdim edən şəxs dediki sizi baş polis idarəsindən narahat edirk ayın 25-i saat 12-də polisdə olmalıyam. Dedi ki, 2 aprel mitinqi ilə bağlı izahata ehtiyac var. Amma 2 aprel mitinqinin 20 gündən şox vaxt ötdüyündən mənim üçün çox təəccüblüdür ki, niyə indi çağırırlar».

Heç bir siyasi partiyanın üzvü olmadığını bildirən Yaşar Əsədov 2010-cu il Parlament seçkilərində 41 saylı Sumqayıt birinci Seçki dairəsindən deputatlığa namizəd olub.

Əvvəllər Novxanı qəsəbəsindəki 38 saylı Laçın rayon məktəbində müəllim olan Yaşar Əsədov hazırda işsiz olduğunu bildirir.

2 aprel mitinqi ilə BŞBPİ-yə indiyə qədər bir neçə partiya sədri, politoloq və digər şəxslər şahid qismində ifadə verməyə çağırılıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG