Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:24

Əfqanıstanda azı 15 adam ölüb


Koalisiya təyyarələrinin Əfqanıstanın şimal-şərqindəki Kapisa əyalətini bombalaması nəticəsində 3 dinc sakin və 8 yaraqlı ölüb.

NATO komandanlığının məlumatına görə, yaraqlılar dünən həmin rayonda qəzaya düşmüş vertolyotun heyətini çıxarmağa gəlmiş həbçiləri atəşə tutublar.

Əsgərlər isə cavab atəşi açıb və aviasiyanı köməyə çağırıblar.

Həmçinin yaralanmış pilotlardan biri ölüb.

Qəzanın səbəbi hələlik bəlli deyil,amma vertolyotun vurulması istisna olunmur.

Şənbə günü ölkənin cənubundakı Helmand əyalətində isə Merca rayonunun keçmiş başçısı öldürülüb.

Həmçinin elə həmin gün ölkənin cənubunda baş vermiş partlayışda 2 koalisiya əsgəri ölüb.
XS
SM
MD
LG