Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:02

ARDNŞ tələbə təqaüdü üçün müsabiqə başladı


Azerbaijan -- State Oil Company (SOCAR) LOGO
Azerbaijan -- State Oil Company (SOCAR) LOGO
Aprelin 24-də Neft Şirkətinin (ARDNŞ) tələbələr üçün təsis etdiyi xüsusi təqaüdün verilməsi üzrə müsabiqənin I mərhələsini keçirilib.

İmtahan Bakı Dövlət Universitetində baş tutub.

ARDNŞ bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir.

Hazırki müsabiqədə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinin «Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsulları», «Neft-qaz yataqlarının işlənməsi və istismarı», «Sənaye mühəndisliyi (neft və qaz sənayesi üzrə)» və digər ixtisasları üzrə təhsil alan tələbələr iştirak edirlər.

İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər müsahibədə iştirak edəcəklər. Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.
XS
SM
MD
LG