Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:59

Yəmən prezidenti getməyə hazırlaşır


Халил-бек Мусаясул (Мусаев)
Халил-бек Мусаясул (Мусаев)
Birləşmiş Ştatlar Yəmən prezidenti Abdullah Salehin hakimiyyəti dinc yolla verməyə hazır olmasını alqışlayıb.

Ağ ev Yəməndəki bütün siyasi partiya və qrupları mümkün qədər tez keçid planının həyata keçirilməsində razılığa gəlməyə çağırıb.

Bu plan Fars Körfəz Ölkələri Əməkdaşlıq Şurasının vasitəçiliyi ilə hazırlanıb.

Prezident Ali Abdullah Salehin müşavirlərindən biri Əl-Cəzirə televiziyasına müsahibəsində prezidentin ölkədə müxalifətin başçılığı ilə milli birlik hökuməti yaradılması və 30 gün ərzində hakimiyyəti vitse-prezidentə verməyə hazır olduğunu bildirib.

Amma müxalifət təklif olunmuş planla bağlı hələlik vahid mövqeyə gələ bilməyib.

1978-ci ildən bu yana hakimiyyət başında olan Saleh bu ilin yanvarından istefa tələbləri ilə üzləşib. İndiyə qədər təhlükəsizlik qüvvələri, ya da onun tərəfdarları ilə müxalifət fəallarının toqquşmalarında 100 nəfərdən çox adam həlak olub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG