Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:43

Obama yenə də "soyqırım" kəlməsini işlətməyib


ABŞ prezidenti Barack Obama Osmanlı imperiyası dövründə öldürülmüş ermənilərin xatirəsini anıb, amma soyqırım kəlməsini işlətməyib.

Prezidentin yazılı bəyanatında 1915-ci ildə baş verənlərin 20-ci əsrin ən dəhşətli hadisələrindən biri olduğu bildirilir, amma eyni zamanda qeyd olunur ki, tarixlə bağlı mübahisə indiki zamanın sabitliyini əngəlləyir və bu həmin vaxt ölənlərin xatirəsinə ləkədir.

Barak Obama eyni zamanda Türkiyə ilə Ermənistanın dialoq səylərini yüksək qiymətləndirib.

Ermənistan Osmanlı imperiyası dövründə milyon yarım erməninin öldürüldüyünü iddia edir.

Amma Türkiyə bu rəqəmin şişirdildiyini və Birinci Dünya Müharibəsi zamanı hər iki tərəfdən xeyli adamın öldüyünü deyir.

Amerikadakı Erməni Assambleyası Barack Obamanın bəyanatını “Buraxılmış imkan “ adlandırıb.

Bundan əvvəl Ermənistanın paytaxtı Yerevanda baş verənlərin “soyqırım” kimi tanınması tələbilə nümayiş keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG