Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:58

Baki səhərinin Suraxani rayonunun hərbi komissari Təvəkkül Agayev həbs edilib. Bu barədə APA-ya Baki Hərbi Məhkəməsindən məlumat verilib.

T. Agayevə qarsi Respublika Hərbi Prokurorlugu tərəfindən Cinayət Məcəlləsinin 311.1-ci (rüsvət alma) və 341.1-ci (hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Baki Hərbi Məhkəməsinin qərari ilə T. Agayev barəsində həbs-qətimkan tədbiri seçilib.

Bu ittihamla onu üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə gözləyir.

Hələlik keçmiş komissarın vəkili və ya yaxınlarının bu ittihamlarla bağlı hər hansı reaksiyası məlum deyil.

Şərhləri göstər

XS
SM
MD
LG