Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:36

Bakının Suraxanı rayonunun hərbi komissarı həbs edilib


Bakı şəhərinin Suraxanı rayonunun hərbi komissarı Təvəkkül Ağayev həbs edilib.

Bu barədə «APA»ya Bakı Hərbi Məhkəməsindən məlumat verilib.

T. Ağayevə qarşı Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) və 341.1-ci (hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə T. Ağayev barəsində həbs-qətimkan tədbiri seçilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG