Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:14

Daşqına məruz qalan kəndlərin sakinləri aksiya keçirib


Xankeçən və Çığırğan kəndinin sakinləri
Xankeçən və Çığırğan kəndinin sakinləri
Aprelin 23-də Sabirabadın Kür və Araz daşqınlarına məruz qalmış iki kəndinin bir qrup sakini aksiya keçirərək yolların bərbad vəziyyətdə olmasına etiraz ediblər.

Xankeçən və Çığırğan kəndinin sakinləri Şirvan-Salyan yolunun (Noxudlu yolu) daşqınlardan sonra yararsız hala düşdüyünü, müraciətlərinin isə nəticəsiz qaldıqlarını deyirlər.

Bu barədə məlumatı AzadlıqRadiosuna kənd sakinləri verib.

Qocamanov Bəhruz: «Daşqınlar zamanı istifadə etdiyimiz magistral yolun çox hissəsi su altında qalıb, baxımsızlıqdan pis vəziyyətə düşüb. Bizim ağır xəstələrimiz var, əlillərimiz var. Bir «pristup», ağrıları olanda, zülm çəkirik, heç bir yerə çıxışımız yoxdur. Etdiyimiz müraciətlərə baxmayaraq bu günədək hələ heç bir iş görülməyib, nə rayon icra aparatı tərəfindən, nə Nəqliyyat Nazirliyi tərəfindən, nə başqa aidiyyəti təşkilatlar tərəfindən. Camaat da yığışıb, bizim tələbimiz bir budur».

Əhədov Xaləddin: «Su basmış əraziyə ağır maşınlar gəldi, material apardı-gətirdi, yol bərbad idi, sudan sonra lap yaman günə qaldı. Ağır xəstə olur, hamilə qadın olur. Xəstəxanaya çatdırmaq olmur. Bir neçə gün bundan qabaq biri yolda keçindi».

Aksiya keçirilən yerə gələn hüquq müdafiəçisi Azad İsgəndərli də deyir ki, ərazidə hərəkət etmək çətindir və narazı sakinlər yaxınlarda Prezident Administrasiyasına şikayətə getmək niyyətindədirlər.

Sabirabad rayon İcra Hakimiyyətindən isə AzadlıqRadiosuna bildiriblər ki, kəndarası yolların təmiri istiqamətində işlər mərhələli şəkildə aparılır. Hazırkı mərhələdə Şirvan-Salyan yoluna (Noxudlu yolu) asfalt örtük çəkilməsi üçün vəsait ayrılmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG