Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:33

Bakı-Tümen qatarının yolu partladılıb


Bakıdan Rusiyanın Tümen şəhərinə gedən dəmir yolu xəttində partlayış baş verib. Bakı vaxtı ilə səhər təqribən 7-də baş verən partlayış nəticəsində yol yararsız hala düşüb.

Məlumata görə, yolun yararsız hala düşməsi nəticəsində Bakıdan Tümenə gedən qatarın yolu bağlanıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov baş verən hadisə ilə bağlı ANS PRESS-ə açıqlamasında bildirib ki, Tümendən Azərbaycana gələn qatar bu gün saat 01.25-də Bakıya çatıb.

"Səhər saat 06.00-da isə Bakı-Tümen qatarı yola salınıb. Hələlik nə yolda baş verən partlayış, nə də qatarın yolunun bağlanması barədə Rusiya tərəfindən bizə rəsmi məlumat daxil olmayıb", - deyə o bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG