Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:47
«DƏVƏT GƏLSƏYDİ BELƏ PREZİDENTLƏ GÖRÜŞƏ QATILMAZDIM»

«Azadlıq» qəzetində bir qrup gəncin prezident İlham Əliyevlə görüşünə dair yazı yer alıb. Yazı müəllifi müxalif yönlü gənclərə «prezidentlə görüşdə hansı problemləri qaldırardınız» deyə sual ünvanlayıb:

«AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı bildirdi ki, ona hətta dəvət gəlsəydi belə dövlət başçısının keçirdiyi görüşə qatılmazdı:

«Bu müşavirədə səslənən fikirlərdə qeyri-səmimilik, imitasiya açıq şəkildə hiss olunur. Hakimiyyətin indiyə qədər gənclərlə bağlı elan etdiyi siyasət iflasa uğrayıb. Bu tipli görüşdə əsas qaldırılması olan məsələ gənclərin əksəriyyətini narahat edən sosial problemlərdir. Bundan başqa, siyasi mənsubiyyətinə görə gənclərin təqib olunmasına da toxunulmalıdır».

Müsavatın Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı da bildirib ki, onların da təşkilatlarının təmsilçilərinin dövlət başçısının yanındakı tədbirə qatılması real deyil».

«AZƏRBAYCANDA SƏRBƏST TOPLAŞMAQ AZADLIĞI ÜÇÜN HƏR CÜR ŞƏRAİT YARADILIB»

«Azərbaycanda sərbəst toplaşmaq, azad düşünmək, söz və mətbuat azadlığı, informasiya fəaliyyəti ilə məşğul olmaq - bunların hamısı Azərbaycanın konstitusion normalarıdır. Bu institutların fəaliyyəti üçün Azərbaycanda hər cür şərait yaradılıb və Azərbaycanın demokratik dövlət quruculuğu prosesinin ayrılmaz tərkib hissəsidir».

«Yeni Azərbaycan» qəzeti Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun əsas azadlıqlar haqda fikirlərini yerləşdirib.

Xırdalanda Misir-Azərbaycan Dostluq Parkı
Ə. Həsənov deyib ki, «Azərbaycanda bəlli yerlərdə, şəhər nəqliyyatının, şəhər əhalisinin hərəkətini, dinamik şəhər həyatının ahəngini pozmayan yerlərdə belə aksiya keçirilməsinə şərait həmişə yaradılıb, bundan sonra da yaradılacaq.

Prezident Administrasiyası rəsmisi qeyd edib ki, bəzi müxalifət partiyaları ayrı-ayrı ölkələrdə baş verən proseslərin təsirindən çıxış edərək mitinq cəhdlərinə qalxıblar: «Bu, cəmiyyətin tələbatı, sosial sifariş deyil».

«MİSİRDƏN MÜBARƏKİ SİLDİLƏR, BƏS XIRDALANDA?»

«Yeni Müsavat» qəzeti yazır ki, Misirdə keçmiş prezident Hüsnü Mübarək və xanımı Suzanna Mübarəkin adlarının ictimai yerlərdən götürülməsi haqda məhkəmə qərarı çıxarılıb. Azərbaycanda isə bu adlar hələ də yaşadılır:

«Hüsnü Mübarəkin Azərbaycanda - Xırdalan şəhərində heykəli ucaldılıb. Bir neçə il öncə Misirin Qalubiyyə vilayəti ilə Xırdalan şəhəri dostlaşıb. İki bölgə arasında imzalanan memorandumdan sonra Heydər Əliyevin heykəli Qalubiyyə vilayətində ucaldılıb, Hüsnü Mübarəkin heykəli isə Xırdalanda, Misir-Azərbaycan Dostluq Parkında qoyulub. Xırdalandakı orta məktəblərdən biri isə Suzanna Mübarəkin adını daşıyır. Heykəl və məktəb Xırdalan rayon İcra Hakimiyyəti tərəfindən ciddi mühafizə edilir. Həm Parkda, həm də məktəbdə 24 saat ərzində polis postu yaradılıb. Maraqlıdır, Misir xalqının bu qərarından sonra diktatorun heykəli Xırdalandan götürüləcəkmi? Məsələ ilə bağlı aidiyyəti qurumlarla danışdıq. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bildirib ki, Misir xalqı tərəfindən Azərbaycana müraciət edilsə, bu məsələyə baxılacaq».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG