Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:52

Suriyada 10-dan çox nümayişçinin öldürüldüyü bildirilir


Bu gün Suriyada keçirilən etiraz aksiyaları zamanı azı 15 nümayişçinin öldürüldüyü xəbər verilir.

Hüquq müdafiəçiləri təhlükəsizlik qüvvələrinin Hama və Homs şəhərlərində nümayişçilərə atəş açdıqlarını xəbər verirlər.

Həmçinin polis ölkə paytaxtı Dəməşqdə kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Dəməşq ətrafında keçirilmiş ayrı-ayrı aksiyalarda nümayişçilər mövcud rejim əleyhinə şüarlar səsləndiriblər.

Həmçinin ölkənin cənubundakı Daraa şəhərində hökumət əleyhinə nümayiş keçirilib.
İndiyədək ölkədə nümayişlər dağıdılarkən 200-dən çox adamın öldürüldüyü bildirilir.
XS
SM
MD
LG