Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:07
“Media forum” saytının baş redaktoru Azər Qaraçənli yeni elektron kitabını təqdim edir.

Kitab “Fikir qovluğu” adlanır.

Müəllifin virtual məkanda pulsuz yaydığı kitabı hər bir şəxs bu link vasitəsilə öz kompüterinə yükləyə bilər:

“Fikir qovluğu” Azər Qaraçənlinin tələbəlik vaxtından – 1991-ci ildən yazıb özündə saxladığı, çap elətdirmədiyi qeydlərinin, yazılarının toplusudur.

Bu toplunu müəllif 2008-ci ildə “Atamın xatirəsinə, yaxud birdən quş kimi uçub getsəm...” adı altında hissə-hissə “Media forum” saytında dərc etdirib.

“Fikir qovluğu”na silsilənin saytda gedən variantına düşməyən qeydlər də əlavə olunub. Eyni zamanda, “Fikir qovluğu”nda müəllif qeydlərini mövzular üzrə daha yaxşı sistemləşdirməyə çalışıb, onları bölmələrə ayırıb.

Kitabda “Müharibə”, “Xoşbəxtlik”, “Hiss və həqiqət”, “Çıxılmazlıq”, “Bilmirəm”, “Susmaq”, “Hər şeyi sıfırdan başlamaq istəyi. Ada arzusu”, “İnsanın nəyinə qiymət verməli”, “Xalq və hakimiyyət”, “Əxlaqi nəzarətçilik iddiası və əxlaq”, “Ədalət və cəza”, “İntihar”, “Dərin məna içində”, “Sevgi”, “Gündəliklər haqqında”, “Şeir necə yarandı”, “Qəhrəmanlıq”, “Dövlət və din”, “Ədəbiyyat, Kafka, Kamyu”, “Savad və əxlaq”, “Jurnalistika”, “Şöhrət”, “Söyüş”, “Özünüaldatma”, “Şüursuzluqda mən fenomeni”, “Vətən. Millət. Millətçilik. Vicdan”, “Allah oldu-olmadı” və başqa bölmələr var.

“Fikir qovluğu” Azər Qaraçənlinin ikinci elektron kitabıdır. Ötən ay o, “Azadlıq kitabı” adlı ilk elektron kitabını internet şəbəkəsində yayıb. 2010-cu ildə isə müəllifin “Azadlıq nitqləri” adlı kitabı “Qanun” nəşriyyatında çapdan çıxıb.

Azər Qaraçənli 1973-cü ildə Bakıda doğulub. 1995-ci ildə Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universitetini bitirib. 1993-cü ilin sonlarından jurnalistika sahəsində çalışır. “Azadlıq”, “Yeni Müsavat”, “Avropa” qəzetlərində işləyib.

2004-cü ildən “İnternyus Azərbaycan” İctimai Birliyinin layihəsi olan “Media forum” xəbər saytının baş redaktorudur.

Günün bütün mövzuları

XS
SM
MD
LG