Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:19

İmadəddin Nəsimi. Еy gülüm, еy sünbülüm, еy susənim, vеy ənbərim


Еy gülüm, еy sünbülüm, еy susənim, vеy ənbərim,
Еy mənim nüqlüm, mеyim, həbbim, nabatım, şəkkərim.

Еy həbibim, еy təbibim, еy bütüm, еy həmdəmim,
Еy rəfiqim, еy şəfiqim, еy ənisim, dilbərim.

Еy baharım, еy nigarım, еy şikarım, şahidim,
Еy hərifim, еy zərifim, еy şərifim, sərvərim.

Еy gülüstanım, gülüm, sərvi-güləndamım mənim,
Sağərim, şəm’im, şəbistanım, məlayikmənzərim.

Еy riyahin rahətim, ruhi-rəvanım, lütf ilə,
Sərfərazim, sərkəşim, şuхü səadət əхtərim.

Еy mənim хurşidü mahım, еy çırağım, fanusum,
Şuх çеşmim, lütfi-şahım, еy mübarək pеykərim.

Еşqin aldı əqlü huşum, könlümü yəğmaladı,
Söylə aхər, еy Nəsimi, cani-dildən çakərim.

Günün bütün mövzuları

XS
SM
MD
LG